Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
60 yaşın zirvəsində ən gözəl yubiley hədiyyəsi Zəfər sevincimizi yaşamaqdır

0

  •          Bu gün "Xocalı Rayon Mərkəzi Xəstəxanası" publik hüquqi şəxsdə baş tibb bacısı vəzifəsində çalışan Quliyeva Çiçək Yaqub qızının doğum günüdür.          Çiçək Quliyeva 1962-ci il yanvar ayının 1-də Xocalıda anadan olub. O, uzun illərdir ki, tibb sahəsində məsuliyyətlə çalışır. 2018-ci ildə Cənab Prezidentin Sərəncamına əsasən, Azərbaycan Respublikasının ictimai həyatında səmərəli fəaliyyətinə görə, 8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə "Tərəqqi" medalı ilə təltif edilib.         Çiçək xanım, Vətən müharibəsində yaralıların müalicəsində fəallıq göstərmiş, ağ xalatlımız gecəli-gündüzlü gözlərini qırpmadan yaralı əsgərlərimizin qayğısına qalmışdır. Çiçək xanım bildirir ki, Vətən müharibəsində kollektiv olaraq əlimizdən gələnin artığını etməyə çalışdıq ki, artıq şəhidimiz olmasın. Yaralıları qəbul etdikcə ürək ağrısı keçirirdik. 60 yaşın zirvəsində mənim üçün ən gözəl yubiley hədiyyəsi torpaqlarımızın azadlığını və düşmən üzərində qisasımızın alınmasını görmək, Zəfər sevincimizi yaşamaqdır. Bunun üçün Ali Baş Komandanımıza, igid oğullarımıza minnətdarlıq edir, şəhidlərimizin ruhu qarşısında baş əyirəm.     "Xocalı Rayon Mərkəzi Xəstəxanası" publik hüquqi şəxsin kollektivi və Xocalı Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın üzvləri şəvqətli, mehriban, işində məsuliyyət duyğusu yüksək olan Çiçək Quliyevanı 60 illik yubileyi və Yeni il münasibətilə təbrik edir, ona möhkəm cansağlığı, ailə səadəti və xocalılı günlər arzulayır. 
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    KateqoriyaSiyasət
    Yerləşdirdi
    Yerləşdirildi2 il öncə
    İzlənib48 dəfə
    60 yaşın zirvəsində ən gözəl yubiley hədiyyəsi Zəfər sevincimizi yaşamaqdır

    Maraqlı gələ bilər